Bakı hava limanında gərginlik: Təyyarə havaya qalxa bilmədi

  • Space TV
  • 13 Yanvar 2020 10:38

Bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan “Buta Airways” şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib.

SPACE TV bildirir ki, “Embraer 190” markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub.

Uçuşun baş tutmaması texniki səbəblərlə əlaqələndirilib. Sərnişinlərdən əlavə məlumat verilənədək göyərtədə gözləmələri xahiş olunub.

Paylaş

 Xəbəriniz olsun