Bakı elektrik qatarlarında təmassız ödənişlərin sınaqlarına başlanıldı

  • SpaceTV
  • 16 Sentyabr 2020 11:20

Təmassız bank kartları və ödəniş üzüklərinin köməyi ilə ödənişlərin sınaqlarına artıq başlanılıb. Texniki sınaqlar başa çatdıqdan sonra belə ödənişlər Abşeron dairəvi dəmir yolu xətti üzrə bir neçə stansiyada mümkün olacaq.

Spacetv.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Layihə “Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı arasında 2020-ci ilin mart ayında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icra olunur.

Məlumata görə, ilkin mərhələdə ödənişlər yalnız Azərbaycan Beynəlxalq Bankının təmassız kartları və ödəniş üzükləri ilə aparılacaq. Layihənin növbəti mərhələlərində bu sistemin bütün bankların təmassız ödəniş alətləri vasitəsilə istifadəsi mümkün olacaq və Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında tətbiq ediləcək.

Hazırda Abşeron dairəvi dəmir yolu xəttinin sərnişinləri gediş haqlarını gediş kartları və ya biletlər vasitəsilə ödəyə bilərlər. 

Paylaş

 Xəbəriniz olsun