Bakı Apelyasiya Məhkəməsində dəmir qəfəslər ləğv edildi

  • Space TV
  • 10 Sentyabr 2020 17:14

Bakı Apelyasiya Məhkəməsinin iclas zallarında mövcud olan sonuncu dəmir qəfəs sökülüb.

Spacetv.az-ın xəbərinə görə, bunu vəkil Cavad Cavadov bildirib. 

O qeyd edib ki, bütün dəmir qəfəslərin yerinə şüşə kabinlər quraşdırılır.

C.Cavadov deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında təqsirləndirilən şəxslərin dəmir qəfəslərdə saxlanılmasını Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə (insan ləyaqətini alçaldan rəftar) zidd hesab edib.

Paylaş

 Xəbəriniz olsun