Bakı Apellyasiya Məhkəməsinin hakimi koronavirusdan öldü

  • Space TV
  • 26 İyun 2020 16:27

Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov koronavirusdan vəfat edib.

space tv-ın xəbərinə görə, bu barədə mərhumun tələbə yoldaşı, deputat Fazil Mustafa məlumat verib.

O qeyd edib ki, N.Məmmədov Astarada müalicə aldığı xəstəxanada vəfat edib.

55 yaşlı N.Məmmədov 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi idi.

Paylaş

 Xəbəriniz olsun