Bakı Ali Neft Məktəbi və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalandı

  • SpaceTV
  • 27 Noyabr 2020 13:14

Bakı Ali Neft Məktəbi və Estoniyanın Tallinn Texnologiya Universiteti arasında Əməkdaşlıq haqqında müqavilə imzalanıb. 

Spacetv.az-ın məlumatına görə, Universitetdən bildirilib ki, müqaviləni Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Tallinn Texnologiya Universitetinin Akademik məsələlər üzrə prorektoru Hendrik Voll və İnformasiya-Kommunikasiya Texnologiyaları Məktəbinin dekanı professor Gert Jervan imzalayıb. 

Müqavilə hər iki ali təhsil müəssisəsinin tədqiqat və təhsil, tədris proqramlarının hazırlanması üzrə konsultasiyaların keçirilməsini, “Erasmus+” və “Horizon” beynəlxalq proqramları çərçivəsində tələbə və əməkdaşların mübadiləsini, Yay/Qış məktəblərində iştirakı, TalTech-in konsepsiyası əsasında Kiber Təhlükəsizlik Mərkəzinin təsis olunması üzrə məsləhətləşmələrin aparılmasını, informasiya texnologiyaları üzrə tədqiqat sahəsində əməkdaşlıq kimi məsələləri əhatə edir. 

Əməkdaşlıq müqaviləsi üç il ərzində etibarlı olacaq.  

Paylaş

 Xəbəriniz olsun