Baharın Azərbaycana gələcəyi vaxt açıqlandı

  • Space TV
  • 3 Fevral 2020 11:16

Baharın Azərbaycana gələcəyi vaxt və Novruz çərşənbələrinin tarixləri açıqlanıb.

SPACE TV xəbər verir ki, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-də daxil olacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayacaq.Fevralın 25-i Su, martın 3-ü Od, martın 10-u Yel, martın 17-si Torpaq (İlaxır) çərşənbələri qeyd olunacaq.

Paylaş

 Xəbəriniz olsun