Bağlanmış banklarda depoziti və krediti olanların NƏZƏRİNƏ

  • Space TV
  • 25 İyun 2020 13:16

“Bağlanmış banklarda kredit və depozit əvəzləşdirilir”.

SPACE TV-ın məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu günə kimi belə problemlərlə bağlı agent olan banklara müraciət edilib:

“Təbii ki, məsələ həllini tapıb. Məsələn, bir vətəndaşın bağlanmış bankda 10 min manat depoziti və altı min manat krediti var. Bunlar əvəzləşdirilir. Burada vətəndaşa dörd min manat geri verilir”.

Paylaş

 Xəbəriniz olsun