Bağlanan banklardakı əmanətlərin qaytarılması ilə bağlı MÜHÜM AÇIQLAMA

  • SpaceTV
  • 1 İyun 2020 15:55

“Bağlanan dörd bankda əmanətlərin geri qaytarılması məsələsi iki hissəyə bölünüb. İlkin olaraq “Atabank” ASC və “Amrahbank” ASC-də əmanətlərin qaytarılma prosesinə agent bank olan “KapitalBank” vasitəsilə 1 iyundan başlanıldı”.

SPACE TV-ın məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondunun yeni təyin olunmuş icraçı direktoru Tural Piriyev keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, banklarda 30 min manata qədər olan vəsaitlərin kompensasiyası 1 iyun, 30 min manatdan yuxarı olanlar isə 1 iyuldan başlayaraq ödəniləcək:

“AGBank” ASC və “NBCBank” ASC-də əmanətlərin qaytarılması prosesində agent bank kimi “Beynəlxalq Bank” seçilib. İyuldan əmanətlər veriləcək. Burada 680 milyon manat sığortalanıb.

Hesabalamalar tam başa çatdıqdan sonra bu rəqəm bir faiz dəyişə bilər”.

Paylaş

 Xəbəriniz olsun