Bağdadda öldürülən etirazçıların sayı 50-yə çatıb

  • SpaceTV
  • 7 Dekabr 2019 18:11

Dekabrın 6-da İraqın paytaxtı Bağdadda naməlum silahlı şəxslərin nümayişçilərə hücumu nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

SPACE TV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bundan əvvəl 25 nəfər həlak olduğu, 130-dən çox insanın yaralandığı bildirilirdi.

Qeyd edək ki, ötən gün silahlı şəxslər Əl-Xilyani meydanında etiraz aksiyasının iştirakçılarına atəş açıblar. Hakimiyyət baş vermiş hadisəni təxribat adlandırıb. Silahlı şəxslərin kimliyi hələlik müəyyən edilməyib.

Paylaş

 Xəbəriniz olsun