Bağdadda nümayişçilərə atəş açılıb: Çoxlu sayda ölən və yaralananlar var

  • SpaceTV
  • 7 Dekabr 2019 10:26

İraqın paytaxtı Bağdad şəhərində nümayişçilərin güllələnməsi nəticəsində 16 nəfər ölüb, 30-dan çox insan isə yaralanıb.

TASS xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.

Mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilani meydanına yaxınlaşaraq  etirazçılara atəş açıb. Təxribatı törədənlərin kim olduğu hələ bilinmir.

Etirazçılar ordunu müdaxiləyə və onları müdafiə etməyə səsləyiblər.

Paylaş

 Xəbəriniz olsun