Bağdadda kamikadze özünü partlatdı: Çox sayda ölü və yaralı var

  • Space TV
  • 21 Yanvar 2021 13:50

İraqın paytaxtı Bağdadda Tayaran meydanında yerləşən bazarda partlayış baş verib.

“Al Arabiya” ölkənin təhlükəsizlik orqanlarına istinadla xəbər verir ki, nəticədə 12 nəfər ölüb, 20 nəfər yaralanıb.

Partlayışa səbəb kamikadzenin özünü partlatması olub.

Bir müddət sonra təkrar partlayış baş verib. Ölü və yaralı sayının artacağı istisna edilmir.

Paylaş

 Xəbəriniz olsun