Bağdada hava zərbəsi endirilib, ölənlər var

  • Space TV
  • 4 Yanvar 2020 10:08

İraqın paytaxtı Bağdadda “Al-Haşed Aş-Şaabi” şiə qoşununun avtomobil karvanına hava zərbəsi endirilib.

SPACE TV-in məlumatına görə, bu barədə RİA “Novosti” agentliyinə təhlükəsizlik xidmətindəki mənbə bildirib.

Məlumata görə, hadisə paytaxtın şimalında baş verib. Zərbə nəticəsində azı beş nəfər öldürülüb.

“Al-Haşed Aş-Şaabi”nin avtomobil karvanı bombardmana məruz qalıb. İlkin məlumatlara görə, beş nəfər həlak olub. Ölənlərin adları müəyyən edilməyib”, – mənbə agentliyə bildirib.

Paylaş

 Xəbəriniz olsun