Bağdad general Süleymani ilə vidalaşır

  • Space TV
  • 4 Yanvar 2020 17:04

Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket zərbələri zamanı həlak olan komandanı Qasım Süleymaniyə vida mərasimi təşkil edilib.

Bu barədə “Haberglobal”ın xəbərində bildirilib.

SEPAH-ın “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.

İslam İnqilab lideri Ayətullah Xamneyi Q.Süleymaninin yerinə yeni komandir təyin edib.

General İsmayıl Kaani müvafiq posta gətirilib.

Paylaş

 Xəbəriniz olsun