Bağçalar hansı qaydada işləyəcək? – VİDEO

  • Space TV
  • 4 Sentyabr 2020 12:33

Paytaxtda uşaq bağçalarının açılışına hazırlıq işləri görülür. Space TV xəbər verir ki,  Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən 15 sentyabr tarixindən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

Müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq 1 oktyabr tarixinədək bağçaların tam fəaliyyəti  nəzərdə tutulur. İdarənin tabeçiliyində olan bütün bağçalarda artıq dezinfeksiya işlərinə başlanılıb.

Həmçinin texniki işçilər  bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görür, pedaqoji işçi personalı isə hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlanıdılır. Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub,  işçi heyəti və uşaqların temperaturu  mütəmadi ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar.  Mütəmadi  olaraq həftə sonu hər bir bağçada dezinfeksiya işləri  aparılacaq

Nazirlər Kabinetinin qərarına əsasən baxçaların pandemiya dövründə  fəaliyyət göstərməsi ilə bağlı  bəzi qaydalar müəyyən edilib. Bağçaya övladını gətirən valideyinin  onun  sağlamlığı  haqqında  tibbi arayış təqdim etməsi isə məcburidir.

Operativ Qərərgah tərəfindən bağçaların fəaliyyət planı tam müəyyən edildikdən sonra sıxlıq yaranan, böyük qrupların yarımqruplara bölünüb- bülünməməsi, həmçinin bağçaların hansı rejimdə fəaliyyət göstərməsi  yenidən müzakirə  olunacaq.

Onu da bildirək ki,paytaxtın bütün uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət  BŞİH və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun