Badamdarda yenidən torpaq sürüşməsi oldu

  • SpaceTV
  • 14 Fevral 2020 13:11

Bakının Səbail rayonunda yenidən torpaq sürüşməsi baş verib.

SPACE TV-nin məlumatına görə, hadisə Səbail rayonu, Badamdar şosesinin ətrafındakı yamacda qeydə alınıb.

Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını yenidən aktivləşib. Torpaq axını bu gün səhər saatlarında yağışdan sonra başlayıb.

Aidiyyəti qurum əməkdaşları hadisə yerinə yollanıb.

Xatırladaq ki, ərazidə artıq 3-cü dəfədir ki, sürüşmə olur.

Paylaş

 Xəbəriniz olsun