Badamdarda sürüşmə baş verdi

  • Space TV
  • 9 Yanvar 2020 15:30

Gecə saatlarından başlayan sürüşmə səhər saatlarında daha da aktivləşib.Torpaq qatı sürüşərək təqribən 40 metr ərazidə  magistralı tamamilə bağlayıb.

Əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə  Hallar Nazirliyi  və  Səbail  rayon  icra  hakimiyətinin nümayəndələri gəliblər. Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirdi ki, sürüşmənin  yenidən  aktivləşməsinə son vaxtlar yağan yağışların intensivliyi səbəb olub.

Ekpediziya rəisi  bildirdi  ki, Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmənin dinamikasında hələ də aktivlik qalmaqdadır. Odur ki, sürüşmə zonasında təhlükənin miqyası  ilə bağlı tam fikir söyləmək tezdir.Hazırda ərazidə bir neçə nazirliyin əməkdaşları tərəfindən monitorinqlər davam etdirilir

Onu da bildirək ki, 2018 ci ildə sürüşmə baş vermiş bu ərazidə təhlükə ilə üz-üzə qalan evlərin dayanıqlığını təmin etmək üçün FHN tərəfindən bütün yamac boyu bərkitmə işləri aparılır.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun