Bacıların vəziyyəti qənaətbəxşdir

  • SpaceTV
  • 3 Sentyabr 2019 15:31

 Səhiyyə Nazirliyi bu hadisədə bıçaqlanan  iki bacının səhhəti barədə məlumat yayıb.

Space TV – Nazirlikdən bildirilib ki, gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudovaya həkimlər bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

Bildirilib ki, xəstələrə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir, həyatları üçün təhlükə yoxdur.

Xatırladaq ki, onları Ruhəngiz Mahmudovanın həyat yoldaşı bıçaqlayıb.

Paylaş

 Xəbəriniz olsun