Babamın Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim – Cəlil Məmmədquluzadənin nəticəsi

  • SpaceTV
  • 18 Noyabr 2019 14:09

Babam Cəlil Məmmədquluzadə haqqında məlumatım olsa da, onun Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğundan xəbərdar deyildim.

SPACE TV -in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri bildirib.

O qeyd edib ki, Azərbaycana ilk dəfədir səfər edir və ölkəyə heyran olub:

“Azərbaycan haqqında təəssüratlarım belədir ki, Azərbaycan həm müasirdir, həm də ənənələrə, mədəniyyətə bağlı olan ölkədir. Ümid edirəm, səfərimiz davamlı olacaq”.

Qeyd edək ki, M.Cavanşiri mühəndisdir.

Paylaş

 Xəbəriniz olsun