Baba öz nəvəsini maşınla əzib öldürdü – Masallıda

  • SpaceTV
  • 25 Noyabr 2019 12:37

Masallı rayonunda bədbəxt hadisə baş verib.

SPACE TV xəbər verir ki, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Noyabrın 24-də kənd sakini, 1963-cü il təvəllüdlü Mirkərim Əmənov həyətində özünə məxsus olan “Mercedes” markalı maşını arxa istiqamətə hərəkət etdirən zaman nəvəsi, 2015-ci il təvəllüdlü Murad Əmənovu ehtiyatsızlıqdan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun