BƏZİ İCAZƏLƏR LƏĞV EDİLDİ

  • SpaceTV
  • 7 İyul 2020 11:21

Öncədən xəbərdarlıq edildiyi kimi icaze.e-gov.az sistemi vasitəsilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib. Bekə ki, Nazirlər Kabinetinin müvafiq Qərarında faəliyyətinə icazə verilən sahələr arasında olmayan və İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunan qurumların icazəsi ləğv edilib. Həmin qurumlar, həmçinin sistemə yeni icazə daxil edə bilməz.

Son iki həftədə 66 min təşkilat tərəfindən 700 minə yaxın işçi  üçün icazə alınıb. Lakin bəzi təşkilatlar bu imkandan sui-istifadə edərək zərurət olmadığı halda işçiləri üçün  icazə alırlar. İcazə verilən əməkdaşların bəziləri isə bundan təyinatından əlavə də istifadə edirlər. Elə bu səbəbdən təxminən 85 minə yaxın icazə ləğv edilib. Məlumat üçün bildirək ki bu icazə yalnız işə gedib gəlmək üçün verilir.

ORXAN ŞÜKÜR SPACE TV

Paylaş

 Xəbəriniz olsun