Bəzi deputatlar, Milli Məclis Aparatının əməkdaşları koronavirusa yoluxub

  • Space TV
  • 18 Dekabr 2020 11:26

“Bizim də içərimizdə çoxlu sayda COVID-19-a yoluxanlar var. Milli Məclisin Aparatının əməkdaşları, deputatlar, texniki işçilər koronavirusa yoluxub”.

Spacetv.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

“Biz hamıya deyirik ki, özünüzü qoruyun. Ancaq burada müzakirələr aparırıq. Təklif edirəm ki, gündəlikdəki məsələlər səsverməyə çıxaraq”,- deyə o bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu məsələ dünən komitə sədrlərinin iştirakı ilə keçirilən iclasda müzakirə edilib.

Paylaş

 Xəbəriniz olsun