Bəy ölümcül virusa yoluxdu, toy təxirə salındı

  • SpaceTV
  • 24 Yanvar 2020 14:35

Çinin mərkəzi hissəsində yerləşən Uxan şəhərində konoravirusun yayılması gənc cütlüyün toyuna əngəl olub.

“Vestnik Kavkaza”nın məlumatına görə, bəy və gəlin hakimiyyətin şəhərə giriş-çıxışı bağlamasına qədər Uxanı tərk edə bilməyib.

Daha sonra həkimlər kişidə sətəlcəm əlamətləri aşkar ediblər. Qadının sözlərinə görə, hazırda nişanlısı hospitala yerləşdirilib və həkimlərin rəyini gözləyirlər.

Paylaş

 Xəbəriniz olsun