Bəstəkar Nailə Mirməmmədli vəfat etdi

  • Space TV
  • 4 Yanvar 2021 13:28

Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli vəfat edib. 

59 yaşlı bəstəkar bu gün dünyasını dəyişib. Onun ölüm xəbərini Bakı Dövlət Universitetindən təsdiqləyiblər. 

Qeyd edək ki, N.Mirməmmədli ötən ilin fevralın 19-da BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinə direktor təyin olunmuşdu.

Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıdır. 

Paylaş

 Xəbəriniz olsun