Bəslədiyi buğa müəllimi öldürdü

  • SpaceTV
  • 19 Noyabr 2019 14:18

Türkiyənin Aydın şəhərində buğa müəllimi öldürüb.

Din mədəniyyəti və əxlaq bilgisi fənnini tədris edən Rəşad Aslım güləş üçün buğa bəsləyib.

Bir ton çəkisi olan buğa sahibinə hücum edərək, buynuzları ilə ona zərbələr endirib.

“Sondakika.com”un verdiyi xəbərə görə, ağır yaralanan müəllimi qohumları xəstəxanaya çatdırıb.

Həkimlərin iki günlük səylərinə baxmayaraq, 53 yaşlı müəllimin həyatını xilas etmək mümkün olmayıb.

Paylaş

 Xəbəriniz olsun