Bəşəriyyətin hazırda ən böyük düşməni koronovirus öz gəlişi ilə dünyanı dəyişdi -VİDEO

  • Space TV
  • 7 May 2020 11:05

Bəli, yuxu,  yaxud da kabus , özü də bütün dünyanın  yaşadığı kabus, bəlkə də aylar öncə bizə bunları yaşayacağımız  deyilsəydi heç birimiz inanmazdıq , çünki həqiqətən də inanılmaz hadisələr yaşadıq, bütün dünyada hər gün artan yoluxma və ölüm sayları,

Sərhədlərin bağlanması, ölkədaxili və ölkəxarici (səyahətlərin) uçuşların dayandırılması .

Karantin rejimlərinin tətbiq olunması , yenilənən və daha da sərtləşdirilən karantin qaydaları ,

Karantin səbəbindən bayramları , doğum günlərini evimizdə keçirməyə başladıq, bir tərəfdən valideynlərinin üzünü görməyən səhiyyə işçilərinin övladları ,digər tərəfdən karantində bir biri ilə yola getməyən və nəticədə boşanan cütlükləri belə gördük.

Bütün dünya kanallarının  əsas mövzusu  koronovirus oldu

Dünyanın ən turistik şəhərlərini belə boş gördük  

Amma bunun yaxşı bir tərəfidə oldu,dünyanın ekologiyası bir qədər təmizləndi .

Dünyanın əksər ölkələrində  təhsil dayandırıldı və təhsillə yanaşı  çox sahələr online şəkildə fəaliyyət göstərməyə başladı

Maskadan və spirtdən istifadənin maksimuma qalxması, yeni xəstəxanaların açılması və xəstələrini müalicə edən həkimlərin özünün də həyatını itirməsi

Və sadalamadığım bir çox hadisələr daha. Biz bunları öncələr yalnız filmlərdən izləyə və kitablardan oxuya bilərdik.

2020 ci ilin  tək gündəmi olan koronovirus insanların həyat tərziylə yanaşı dünya iqtisadiyyatına , turizm sənayəsinə, ölkələr arası münasibətlərə də zərbə vurdu.

Dünya bir neçə ay ərzində belə dəyişdi, necə deyəllər ölmədik bu günləri də gördük. Hazırda isə dünya dirçəlməyə doğru gedir, ümüdvarıq ki, yaxın zamanda bu bəladan qurtula biləcəyik. Amma virusdan qorunmaq üçün vacib tələblərə əməl edərsək…

ELVİRA SƏFƏRLİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun