Bərdədə yeniyetmə aşan traktor altında qalaraq ölüb.

  • Space TV
  • 23 İyun 2020 14:33

Dəhşətli hadisə rayonun Yeni Daşkənd kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 15 yaşlı Məmmədzadə Elnur Siyavuş oğlu otlaq sahədə işləyən zaman traktor onun üzərinə aşıb. Elnur Məmmədzadə yaxınlarının köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun