Bərdədə üçotaqlı ev külə döndü

  • Space TV
  • 14 Noyabr 2019 13:22

Bərdədə yanğın baş verib.

SPACE TV xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.

Ötən gün axşam saatlarında kənd sakini Aygün Kərimovaya məxsus üç otaqlı ev yanaraq kül olub.

Ev sahibinin sözlərinə görə, yanğın odun sobasının aşması nəticəsində baş verib. 

Ev bütün əşyaları ilə birlikdə yanıb.

Paylaş

 Xəbəriniz olsun