Bərdədə traktorla yük avtomobili toqquşub, xəsarət alanlar var

  • SpaceTV
  • 29 Oktyabr 2019 13:13

Bərdə rayonunda yol qəzası baş verib.

SPACE TV bildirir ki, “Report”un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Hüseyinbəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini, 1958-ci il təvəllüdlü Vaqif Qurban oğlu İbrahimovun idarə etdiyi “QAZel” markalı yük avtomobili Bərdə rayonunun Hacallı kənd sakini Rahib Akif oğlu Məmmədovun idarə etdiyi traktorla toqquşub. Nəticədə “QAZel”in sürücüsü və sərnişini, 1960-cı il təvəllüdlü Hikmət İsa oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun