Bərdə rayonunda soğan istehsalı ilə məşğul olan fermerlər məhsul yığımına başlayıblar. Bərdəli soğan istehsalçıları müasir becərmə texnologiyalarından, daha məhsuldar toxumlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olublar.
Bir neçə hektar sahədə soğan becərən fermer Yaşar İbrahimov bildirib ki, bir neçə gündür payızda əkilən soğanın yığımına başlanılıb. Məhsuldar toxumun səpilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi və damcı suvarma üsulundan istifadə nəticəsində sahələrdə bol məhsul yetişib. Fermerin dediyinə görə, yeni üsulla becərmə zamanı hər hektardan orta hesabla 60-70 ton soğan götürmək olur.
Payızda əkilən soğanın yığımı may-iyun aylarında həyata keçirilir. Yazda əkilən soğan isə avqust ayında yığılacaq. Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçılar Assosiasiyasının sədri Vüqar Babayev bildirib ki, ötən il respublika ərazisində iki min hektara yaxın soğan əkilib. Ölkəmizdə soğan istehsalı daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan və Tərtər rayonlarının payına düşür. Bərdə rayonu ərazisində əsasən payızlıq soğan becərilir. Bu rayonda keçən il 750 hektar sahədə soğan əkilib, 35 min ton məhsul istehsal edilib. Məhsul daxili bazarla yanaşı Rusiya, Gürcüstan və Avropa ölkələrinə ixrac olunub. Bu il Soğanın hər kiloqramı 50-60 qəpiyə satılıb.
Sinxron Vüqar Babayev Assosiasiya sədri
Qeyd edək ki, məhsul yığımı bazarlarda soğanın qiymətinin ucuzlaşmasına səbəb olacaq. Hazırda qış Soğanın 1 kq qiyməti 1 manat 50 qəpikdir.
Emin Babayev SPACE TV