Bərdədə qəza olub

  • SpaceTV
  • 8 Oktyabr 2019 14:47

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Belə ki, iki minik avtomobillərinin toqquşması nəticəsində avtomobillərdən birində olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Bərdə Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər xəstənin vəziyyətinin orta-ağır olduğunu bildiriblər. Faktla bağlı araşdırma aparılır.

 Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun