Bərdədə ölmüş heyvan leşləri suya atılıb

  • SpaceTV
  • 1 İyun 2020 14:43

Bərdə rayonunda bir neçə kəndin suyundan istifadə etdiyi kanala
ölmüş heyvan leşləri atılıb. Heyvan balalarının müxtəlif xəstəliərdən öldüyü ehtimal olunur.
İnək balalarının leşi suda o qədər qalıb ki, şişib, hətta heyvanların leşinə qurd düşüb və iylənib.Bu sudan kənd sakinləri suvarmada istifadə edirlər.
Görüntülər Bərdə rayonunun​ Alpout kəndindəndir. Sudan kənd sakinləri içməyə olmasa da suvarmada hətta mal-qara üçün istifadə edirlər.
Kanal bir neçə kəndin ərazisindən keçdiyinə görə leşlərin bura kimin atdığı məlum deyil. Ancaq heyvanların hansı xəstəliyindən öldüyü bilinmir. Ölmüş buzovlarin xarici cins olduğu bildirilir.
Məlumat çatan kimi əraziyə Kənd icra​ nümayəndəliyinin əməkdaşları gəlib. Məsələyə bağlı aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun