Bərdədə maşınlar ucuzlaşıb

  • Space TV
  • 3 Yanvar 2020 15:10

Bura regionun ən böyük maşın bazarlarından biri olan  Bərdənin avtomobil bazarıdı. Həftədə iki dəfə satış həyata kecirilən bazarda  satan coxdu  alan yox.

Son günlər bazrda  qiymətlər bir qədər  aşağı düşsə də alıcı tapılmır. Alıcı satıcıdan satıcı isə alıcıdan nazarıdı.

Satıcıların sözlərinə görə ildən ilə avtomobillərin buraxılış ili köhnəldiyindən qiymətəri də ucuzlaşır. Bazarda daha cox təlabat sovet istesalı olmaqla bərabər buraxılış ili köhnə olan  avtomobilərədi. Bazarda apardığımız  araşdırma zamanı məlum olur ki VAZ 2106 və VAZ  2107 maşınların  daha tez alıcısı tapılır.

Satıcılar bildiri ki şəhər yerlərindən fərqli olaraq  rayonlarda xarici maşınlara təlabar azdı. Kənd yerlərində xarici maşınlar işlətmək  cətin olduğundan alan da azdır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun