Bərdədə köşkdən oğurluq edən şəxslər saxlanılıb.

  • Space TV
  • 18 Aprel 2020 14:44

Bərdə rayon sakini Zaur​ Davudov RPŞ-yə ərizə ilə müraciət edərək Üzeyir Hacıbəyov küçəsində yerləşən ona məxsus köşkdən oğurluq edilməsi barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Qasımov və Vidadi Əhmədov saxlanılıb. Araşdırmalarla onların köşkün pəncərəsini sındırmaqla içəri daxil olduğu və müxtəlif növ tütün məmulatlarını, danışıq kartlarını, enerji içkilərini, eləcə də təhlükəsizlik kamerasının yaddaş qurğusunu oğurlamaqla zərərçəkmişə 1500 manat dəyərində ziyan vurduqları müəyyən edilib. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun