Bərdədə karantin rejimini pozaraq sərnişin daşıyan sürücü həbs edilib.

  • SpaceTV
  • 18 Aprel 2020 14:47

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində elan edilmiş karantin rejimi qaydalarını pozaraq Bərdə rayonundan Bakıya gətirmək üçün sərnişin daşımağa cəhd edən rayon sakini Elşən Abdullayev saxlanılıb. O, idarə etdiyi “Reno” markalı avtomaşınla sərnişinləri Bakıya gətirəcəyini vəd edərək, kəndarası yollarla rayondan çıxmağa cəhd edib. Polis əməkdaşları tərəfindən saxlanılan E. Abdullayev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məhkəmənin qərarı ilə 30 sutka həbs edilib.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun