Bərdədə COVID-19 xəstələri evlərini icazəsiz tərk etdilər

  • Space TV
  • 30 Noyabr 2020 13:15

Bərdədə yaşayış evlərini tərk edən koronavirus xəstələri aşkarlanıb.

Spacetv.az xəbər veirr ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 xəstələri kimi qeydiyyatda olan rayon sakinləri – X.Aslanov və N.Rəsulovun yaşadıqları evləri tərk edərək, karantin qaydalarını kobud şəkildə pozduqları müəyyən edilib.

Həmin şəxslər müəyyən edildikləri ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldıqları ünvanlara aparılıblar. Hər iki şəxslə profilaktiki mövzuda söhbətlər aparılıb, təyin edilmiş müalicənin davam etdirilməsi üçün evdə qalmalarının zəruriliyi onların diqqətinə çatdırılıb. 

Bərdə RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun