Bərdədə cibgirlik edən şəxs saxlanılıb

  • Space TV
  • 18 Fevral 2021 11:08

Bərdə şəhər sakini M.Məmmədov fevral ayının 16-də Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciətində naməlum şəxs tərəfindən cibindən 680 manat pulunun oğurlanması barədə məlumat verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Bildirilir ki, məlumatla əlaqədar polis əməkdaşları müvafiq tədbirlər yerinə yetirib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cibgirlik əməlini törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini Elxan Hacıyev saxlanılıb. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. 

Faktla bağlı Bərdə RPŞ-da cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Paylaş

 Xəbəriniz olsun