Bərdədə bıçaqla ağır xəsarət yetirən şəxs saxlanılıb.

  • Space TV
  • 14 Aprel 2020 14:46

Ötən ilin yanvarın 6-da gecə saat 3 radələrində Bərdə rayon sakini Kamil Əhmədovun kəsilmiş-deşilmiş yaralarla Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar Bərdə RPŞ-də dərhal əməliyyat-istintaq qrupu yaradılıb, araşdırmalara başlanılıb. Araşdırmalarla müəyyən edilib ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Kamil Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə sərnişin qismində oturub, Lənbəran kəndinə gəlib və orada zərərçəkmişin bədən nahiyələrinə qəsdən 3 bıçaq zərbəsi endirərək ağır bədən xəsarətləri yetirib, avtomaşını isə kənd ərazisindəki kanala atıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon Lənbəran kəndində yaşayan Rəşad Mirzəyev saxlanılıb. Cinayət əməli olan bir ədəd bıçaq maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Dindirilmə zamanı R. Mirzəyev hadisəni şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törətdiyini etiraf edib.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun