Bərdə rayonunda bir nəfərin ölümü iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Yevlax Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Göbər kəndi ərazisində VAZ 2107 markalı avtomobillə ” Nissan” markalı minik avtomobili toqquşub. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan ” Nissan” – ın sürücü ölüb. VAZ markalı avtomobilin sürücüsü və sərnişini ağır xəsarət alıb. Hər iki yaralı Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Emin Babayev SPACE TV