Hadisə rayonun Samux kəndində qeydə alınıb. Belə ki, “VAZ 21-07” markalı minik avtomobili hərəkətdə olarkən qarşısında olan “Traktor”un qoşqusuna çırpılıb. Qəza zaçanı minik avtomobilinin sərnişinləri 1986-cı il Fərzəliyev Dövlət Novidat oğlu və 1993-ci il təvəllüdlü Musayeva Sədaqət Tahir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə, rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Emin Babayev SPACE TV