Bərdədə 86 yaşlı kişi özünü güllələdi

  • Space TV
  • 12 Fevral 2021 10:30

Bərdədə 86 yaşlı kişi özünü güllələyib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb.

Belə ki, Bərdə rayon Şirvanlı kənd sakini, 1935-ci il təvəllüdlü Ramazan Göyüşov özünü ov tüfəngi ilə güllələyib.

R.Göyüşov yaxınlarının köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun