Bərdədə 30 min tut tingi əkilib

  • SpaceTV
  • 6 Dekabr 2019 14:47

Dekabrın 6-da Bərdə rayon sakinləri də bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulub, qabaqcadan müəyyən olunmuş ərazilərdə rayonun iqliminə uyğun 8500 ədəd müxtəlif növ ağac tingləri əkilib və baramaçılığın inkişafı üçün 30 min tut tingi əkilib.

Rayonun musiqi məktəblərinin yetirmələrinin nağara və sazda ifaları, rəqs kollektivinin çıxışı tədbirə əlavə rəng qatıb. Qeyd edək ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması görkəmli şairin ədəbi irsinin təbliği və öyrənilməsində yeni imkanlar açıb. Həmçinin “Nəsimi ili” çərçivəsində ölkəmizdə və dünyada bir sıra mühüm tədbirlər də keçirilir.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun