Bərdədə 3 uşaq anası 10 aylıq körpəsini də götürüb evdən qaçdı

  • SpaceTV
  • 14 Oktyabr 2019 12:17

Bərdə rayonunun İmamqulubəyli kəndindən üç uşaq anası evdən qaçıb.

SPACE TV xəbər verir ki,, hadisə sentyabrın 25-də baş verib.

Üç uşaq anası, 1993-cü il təvəllüdlü Məmmədova Xalidə 10 aylıq uşağını da götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Digər 2 uşaq isə evdə qalıb. Qadının həyat yoldaşı Fuad Məmmədovun verdiyi məlumata görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırma aparılır. Məmmədova Xalidəni görənlərdən Bərdə Rayon Polis Şöbəsinə məlumat verilməsi xahiş olunur.

Paylaş

 Xəbəriniz olsun