Bərdədə əməliyyat: Vəzifəli şəxs həbs edildi

  • Space TV
  • 25 Fevral 2021 11:00

Bərdə rayonunda təhsil müəssisəsinin direktoru həbs edilib.

Spacetv.az Trend-ə istinadən xəbər verir ki, hüquq mühafizə orqanları əməkdaşları 105 saylı Bərdə Texniki Peşə Liseyində əməliyyat keçirib.

Əməliyyat zamanı liseyin direktoru Şamil Şükürov korrupsiya faktı ilə bağlı saxlanılıb. Əməliyyat zamanı liseyin mühasibinin də saxlanıldığı bildirilir.

Paylaş

 Xəbəriniz olsun