Bərdə terroru: 4 nəfər öldü, 10 nəfər yaralandı

  • SpaceTV
  • 27 Oktyabr 2020 18:42

“Ermənistan silahlı qüvvələrinin Bərdəyə xain raket hücumu nəticəsində 3 mülki şəxs ölüb, 10 nəfər yaralanıb”.

Spacetv.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

“Xəsarət alanlar arasında qadınlar və uşaqlar var. Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün Ermənistanın Müdafiə Nazirliyi sərt hücumlar ediləcəyi barədə bəyanat vermişdi. Bununla onlar mülki şəxsləri – uşaqları və qadınları nəzərdə tuturdu”, – deyə H. Hacıyev qeyd edib.

Paylaş

 Xəbəriniz olsun