Bərdə sakinindən külli miqdarda narkotik götürülüb – FOTO

  • Space TV
  • 10 Dekabr 2020 15:21

Bərdə sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

Spacetv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu xəbər yayıb.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bərdə rayon Otuzikilər kənd sakini, əvvəllər məhkum olunmuş, 56 yaşlı Nail Qasımov yaşadığı kənd ərazisində saxlanılaraq Qərb Regional Şöbəsinə gətirilib.

Şöbədə onun üzərinə baxış keçirilən zaman iki ədəd kağız bükümlərdə ümumi çəkisi 14,97 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Qasımova məxsus “VAZ 21013”  markalı avtomobilin yük yerindən üç ədəd sellofan torbada ümumi çəkisi 7 kiloqram 900 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərk götürülüb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun