Bərdə rayonunda oğul anasını və bacısını qətlə yetirib.

  • SpaceTV
  • 1 İyun 2020 13:49

Rayonun Alaçadırlı kəndində 24 yaşlı Toğrul Zeynallı Musa oğlu qısqanclıq zəminində anası, 41 yaşlı Nəzirə Zeynalova Həmid qızını ov silahı ilə atəş açaraq öldürüb.

Hadisəni görən 21 yaşlı bacısı Zeynallı Əminə Musa qızı evdən qaçıb. Bacısının arxasınca düşən Toğrul Zeynallı onu təxminən yaşadıqları evdən 200 metr aralada yaxalıyıb həmin silahla öldürərək hadisə yerindən qaçıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən Toğrul Zeynallının tutularaq istintaqa cəlb olunması, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış araşdırmalar aparılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun