Hadisə şəhərin Həzi Aslanov küçəsində yerləşən bərbərxanada qeydə alınıb. Bərbər Vüsalın şagirdləri – Bərdə şəhər sakini, 16 yaşlı Raul Vüqaroğlu Bərdə rayonu Alaçadırlı kənd sakini, 25 yaşlı Ceyhun Hüsüoğluya mədə nahiyəsindən bıçaqla zərbə endirib. Ceyhun Hüsüoğlu Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı daxili orqanın qanaxmasından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Emin Babayev SPACE TV