Bərdə ana və bala dəm qazından boğulub

  • SpaceTV
  • 9 Dekabr 2019 15:30

Bərdədə 3 yaşlı uşaq dəm qazından boğularaq ölüb.

Bərdə şəhər, Təbriz küçəsində 3 yaşlı Ayşən Etibar qızı Hüseyinli anası ilə vanna otağında qazından zəhərlənib.

Hadisə yerinə çağırılan həkimlər ananın 27 yaşlı  Aynur Şahin qızı Hüseynovanın həyatını xilas etsələr də, 3 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun