Bələdiyyələrin qanunsuz satdığı torpaqlardan 8217 hektarı geri qaytarılıb

  • Space TV
  • 12 Fevral 2021 16:44

Bələdiyyələrin fəaliyyətinə həyata keçirilən inzibati tədbirlər nəticəsində ümumilikdə 10 min 478 hektar torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

Spacetv.az-ın xəbərinə görə, bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə əksini tapıb.

Sənəddə qeyd edilib ki, nəticədə 396 hektar torpaq sahəsinin istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib. Bütövlükdə isə 8 min 217 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 2 min 261 hektar torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır.

Paylaş

 Xəbəriniz olsun