Bələdiyyələrin qanunsuz qərarları ləğv edildi – RƏSMİ

  • Space TV
  • 16 Fevral 2021 16:32

2020-ci ildə 10 478 hektar (ha) torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən təkliflər və ya məhkəmələrə iddialar verilib.

Spacetv.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında danışarkən deyib.

O bildirib ki, nəticədə 396 ha torpaq sahəsinin mülkiyyətə, 6 850 ha torpaq sahəsinin icarəyə və 971 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

Bütövlükdə 8 217 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması təmin olunub.

Paylaş

 Xəbəriniz olsun